Dövlət İmtahan Mərkəzi
✔
45.9K subscribers
1.42K photos
133 videos
814 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda ilk imtahan keçirilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı, həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilib.

Ətraflı: https://dim.gov.az/news/13300/
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda (dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, PMS, doktorantura və s. ) uğur qazanaraq sertifikat almaq hüququ əldə etmiş və sertifikatı hazır olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin elektron imtahanlar korpusundan əldə edə bilərlər (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi 108, TÜRKPA-nın yanı).

Ətraflı: https://dim.gov.az/news/13320/
2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu), tam (11 illik) orta və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 15-dən 29-dək aşağıdakı istiqamətlər aid komissiyalar üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq:

teatr, kino və xoreoqrafiya sənəti;
musiqi sənəti;
təsviri sənət;
bədən tərbiyəsi və idman.

Ətraflı məlumat və qeydiyyat üçün https://dim.gov.az/news/13328/ linkinə daxil ola bilərsiniz.
İmtahanda iştirak edəcək abituriyentlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=130 linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.
Nəticələr saytımıza yerləşdirilib.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Media is too big
VIEW IN TELEGRAM
Qabiliyyət imtahanlarına qeydiyyatdan keçmək üçün video təlimat
Media is too big
VIEW IN TELEGRAM
DİM-in elektron imtahanlar korpusunda "Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi keçirilir.

#dimgovaz #dim #dövlətimtahanmərkəzi #elektronimtahanlarkorpusu #Yüksəliş2024 #YüksəlişMüsabiqəsi
Həm doktoranturaya qəbul olmaq istəyən namizədlər, həm də doktoranturada oxuyan iddiaçılar üçün xarici dillər üzrə imtahan 2024-cü il iyunun 9-da keçiriləcək. Doktorantura və dissertantura üzrə əcnəbilər üçün Azərbaycan dili imtahanı isə 10 iyun tarixində keçiriləcək. Danışıq bloku üzrə imtahanın 11-14 iyun tarixlərində keçirilməsi planlaşdırılır.

İmtahanda iştirak etmək üçün qeydiyyat 2024-cü il mayın 20-dən 27-dək elektron qaydada aparılacaq.

Ətraflı məlumat və qeydiyyat üçün https://dim.gov.az/news/13371/ linkinə daxil ola bilərsiniz.
DOST TV-də yayımlanan ilk “Dövlət işi” verilişinin qonağı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhrəm Xəlilovdur. https://youtu.be/PkcIlSav5Vo?si=2PeM7a84B5JIQsZi
Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 23 may saat 23:59-dək aparılacaq.

Ətraflı: https://dim.gov.az/news/13373/
Media is too big
VIEW IN TELEGRAM
Elektron imtahanlar korpusunda multimedia texnologiyalarının, situativ tapşırıqların tətbiqi, yazı işlərinin və danışıq bacarıqlarının yoxlanılması mümkündür.
Nəticələr saytımıza yerləşdirilib.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən "İmtahana psixoloji hazırlıq” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub. Vebinarda imtahana psixoloji hazırlığın vacibliyi, imtahan stresi, stresin həyatımıza təsiri və onunla mübarizə yolları barədə danışılacaq.

Vebinarda imtahana hazırlaşan abituriyentlər iştirak edə bilərlər.

Vebinar 24 may saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və “e-psixoloq.az”ın “Instagram” (https://www.instagram.com/e_psixoloq.az/) səhifəsində canlı yayımlanacaq.

Link həmin gün vebinardan bir neçə saat öncə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına göndəriləcək.

Qeydiyyat linki: https://forms.gle/T7bz81ezQvKP6PGP6
Dövlət İmtahan Mərkəzinin nəzdində fəaliyyət göstərən e-psixoloq.az psixoloji maarifləndirmə və dəstək platformasının Teleqram kanalı yaradılıb.

Kanala keçid: https://t.me/e_psixoloq