Dövlət İmtahan Mərkəzi
✔
45.9K subscribers
1.42K photos
133 videos
814 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
İştirakçılar mayın 16-dan etibarən "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

Ətraflı məlumat üçün https://dim.gov.az/news/13392/ linkinə daxil ola bilərsiniz.
Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün iştirakçılar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2024-cü il mayın 23-dən 27-dək (saat 23:59-dək) Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/jurnalistikaanket) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Ətraflı: https://dim.gov.az/news/13393/
Nəticələr saytımıza yerləşdirilib.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Media is too big
VIEW IN TELEGRAM
Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə!
Dövlət İmtahan Mərkəzi tərəfindən 30 iyun 2024-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyat 27 may saat 14:00-dan 18 iyun saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək. Namizədlər üçün 2500 yer ayrılıb.
İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.

Ətraflı məlumat və qeydiyyat üçün link https://dim.gov.az/news/13414/
Ali təhsil müəssisələrinin (V ixtisas qrupu), tam (11 illik) orta və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı bu gün başa çatır.

Abituriyentlər (subbakalavrlar) bu gün saat 23:59-dək müvafiq keçidə (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) daxil olub qeydiyyatdan keçə bilərlər.
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 9-da I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan keçiriləcək. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

https://dim.gov.az/news/13431/
İştirakçılar mayın 22-dən etibarən "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

Ətraflı məlumat üçün https://dim.gov.az/news/13432/ linkinə daxil ola bilərsiniz.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə!
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2024-cü il mayın 31-dən iyunun 17-dək aparılacaq. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.

Ətraflı: https://dim.gov.az/news/13438/
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı imtahan iştirakçılarına kömək etmək məqsədilə Azərbaycan, Qərbi Kaspi, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Sumqayıt Dövlət, Azərbaycan Dövlət Aqrar Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla “Abituriyent Məsləhət Mərkəzlər”i fəaliyyət göstərirlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti "Abituriyent Məsləhət Mərkəzi" Bakı Mühəndislik Universitetində (Ünvan: Xırdalan şəhəri, Həsən Əliyev küç., 120.) yaradılıb.

Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki məsələlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.
Ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 12-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər iyunun 5-dən 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili imtahanına qeydiyyatı sabah – 6 iyunda aktiv ediləcək.

Ətraflı məlumat və qeydiyyat üçün https://dim.gov.az/news/13484/ linkinə daxil ola bilərsiniz.
Musiqi sənəti istiqaməti üzrə ali təhsil müəssisələrinin magistratura ixtisaslaşmalarına qəbul üçün keçirilən qabiliyyət imtahanları canlı yayımlanır: https://www.youtube.com/watch?v=1ao1G7GvoNg
Bədən tərbiyəsi və idman”, “Teatr, kino və xoreoqrafiya”, “Təsviri sənət” və “Musiqi sənəti” istiqamətlərinə aid xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarına iyunun 20-dən etibarən start veriləcək. Abituriyentlər (subbakalavrlar) aşağıdakı cədvəldə verilmiş təqvimə uyğun imtahanda iştirak etmək üçün müvafiq olaraq hər imtahandan 5 gün öncədən “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap etməlidirlər.

Hazırda abituriyentlər (subbakalavrlar) Təsviri sənət istiqamətinin 14 (dizayn) və 15-ci (dekorativ tətbiqi sənət) komissiyaları, Bədən tərbiyəsi və idman istiqamətinin 62 (Ümumi fiziki hazırlıq, Kütləvi sağlamlaşdırıcı idman, Adaptiv bədən tərbiyəsi) və 63-cü (Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi) komissiyaları üzrə imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Ətraflı məlumat almaq və qrafiklə tanış olmaq üçün https://dim.gov.az/news/13524/ linkinə daxil ola bilərsiniz.
Nəticələr saytımıza yerləşdirilib.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanın 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 17 iyun saat 23:59-dək aparılacaq.

Abituriyentlər verilən linkə daxil olub imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər.
İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçən abituriyentlər iştirak edə bilərlər.
https://eservices.dim.gov.az/erizebak/cehd2/