Dövlət İmtahan Mərkəzi
✔
45.5K subscribers
1.42K photos
133 videos
816 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
📢 Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı sentyabrın 2-dən başlanıb və 12 sentyabr saat 23:59-dək davam edəcək. Ali təhsil müəssisələrinə qəbul olunan (I mərhələdən sonra) şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

⏰ 12 sentyabr saat 09:00-a olan məlumata əsasən, artıq 48045 nəfər portalda qeydiyyatdan keçmək üçün müraciət edib və onlardan 45712 abituriyentin müraciəti yoxlanılaraq təsdiq olunub. Digər müraciətlərin yoxlanılması davam edir.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Dövlət İmtahan Mərkəzi tərəfindən 16 oktyabr 2022-ci il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyat 16 sentyabr saat 16:00-dan 6 oktyabr saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2500 yer ayrılıb.
İxtisas seçimi 28 sentyabrdan 2 oktyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
✅Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.

📍 Qəbul olunan abituriyentlər 5 oktyabr saat 12:00-dan 10 oktyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.
Zal nəzarətçisi sertifikatı almaq üçün elektron qeydiyyat başlanıb.

Namizədlər DİM-in saytında “Şəxsi kabinet” açmalı və müvafiq linkə daxil olaraq 20 dekabr 2022-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər.

Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün müvafiq link saytımızda yerləşdirilib.

www.dim.gov.az
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə növbəti test imtahanı AB, AC, BA qrupları üzrə 13 noyabr saat 10:00-da, BB qrupu üzrə isə saat 11:00-da keçiriləcək.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə 2 noyabr saat 23:59-dək, AB, AC, BA qrupları üzrə isə 10 noyabr saat 23:59-dək həyata keçiriləcək.
DİM tərəfindən 2022-ci il noyabrın 27-də peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçiriləcəkdir.

Namizədlər 25 oktyabr saat 17:00-dan 16 noyabr saat 11:00-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə (https://exidmet.dim.gov.az/ELIMT/pmstest) daxil olub qeydiyyatdan keçə bilərlər.
Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərən fənlər üzrə işçi qruplarında 2023-cü ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi başa çatıb. Proqramlar respublikanın ümumtəhsil məktəblərində müvafiq fənlər üzrə qüvvədə olan dərsliklər və fənn kurikulumlarının məzmun standartlarının tələbləri və təlim nəticələri əsasında hazırlanıb, təkmilləşdirilib.

Müzakirələr zamanı 9 və 11-ci siniflərdə təhsil alanların aşağı siniflərdə keçdikləri dərsliklərlə hazırda həmin siniflərdə qüvvədə olan dərsliklər müqayisə edilib. Onlarda olan yeniliklər və fərqlər müəyyənləşdirilib. Proqramlara yalnız hər iki dərslikdə eyni olan mövzular və faktlar daxil edilib, dəqiqləşdirmələr aparılıb. Məktəb kursundan çıxarılmış mövzular proqramlardan da çıxarılıb.

Ətraflı məlumat almaq və mövzularla tanış olmaq üçün https://dim.gov.az/news/9578/ linkinə daxil ola bilərsiniz.
✅ 2023-cü ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı bu il keçirilmiş imtahan modeli əsasında keçiriləcək.

➡️ https://dim.gov.az/news/9586/
DİM tərəfindən 2022-ci il dekabrın 11-də peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın II mərhələsi keçiriləcək.

Namizədlər 1 dekabr saat 18:00-dək DİM-in internet səhifəsində qeydiyyatdan keçə bilərlər.

www.dim.gov.az
İmtahanlarda iştirak etmək üçün qeydiyyat 2022-ci il dekabrın 1-dək internet vasitəsilə aparılacaq.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanının 2022-ci il dekabrın 11-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə dekabrın 13-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 2022-ci il 17 dekabr tarixində keçirilməsi planlaşdırılır.

www.dim.gov.az
✅ Dövlət İmtahan Mərkəzi və otk.az portalı yeni layihəyə start verib.

➡️ https://dim.gov.az/news/9652/
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarına hazırlaşan abituriyentlər https://dim.gov.az/news/9736/ linkinə daxil olaraq müvafiq materialları əldə edə bilərlər.
Materiallar həm də “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.
Buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarında iştirak etmək istəyənlər üçün qeydiyyat başlayıb.

Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər də iştirak edə bilərlər.

Qeydiyyat 8 dekabr 2022-ci il tarixindən 24 yanvar 2023-cü il saat 23:59-dək aparılır.
✅ I qrup üzrə yalnız informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər qəbul imtahanının II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən eyni vaxtda imtahan verəcəklər. RK altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə riyaziyyat, fizika və kimya fənnindən eyni vaxtda imtahan verəcəklər. Hər iki altqrupu seçən abituriyentlər isə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə bir gündə informatikadan imtahan verəcəklər.

Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.
✅ “Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib.

📍Qeyd edək ki, magistraturaya qəbul imtahanının (I cəhd) 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 24-dən fevralın 9-dək aparılacaq.
Təqdim olunan linkə daxil olub sorğuda iştirak etməyinizi xahiş edirik.

https://forms.gle/YttQt5FEdePnq8ee9

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #imtahan #sorğu