Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il martın 1-də başlayıb və 15-dək internet vasitəsilə aparılır.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.
Ətraflı: https://dim.gov.az/news/10517/

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 7-də tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə rus bölməsi üzrə sənəd verən əvvəlki illərin məzunları (keçən il bu imtahandan “məqbul” qiymət alanlar istisna olmaqla) üçün Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan keçiriləcəkdir.
Bu imtahanda iştirak etmək üçün şagird və abituriyentlərin ayrıca qeydiyyatı tələb olunmur. Belə ki, tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərinin bu imtahanda iştirak etmələri üçün məlumatları “Şagird-məzun” sistemindən əldə olunur.
Əvvəlki illərin məzunları isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün martın 15-dək elektron ərizə dolduran zaman rus bölməsini seçərkən Azərbaycan dili (dövlət dili kimi) imtahanına da qeydiyyat keçmiş olurlar.

Hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlər martın 15-dək “Abituriyentin elektron ərizəsi”nin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.
Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində, Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.

İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Əziz şagirdlər!
Məlumdur ki, tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında hər fənn üzrə müəyyən sayda tapşırıq yazı işi (ətraflı həll və ya cavab yazılması tələb olunan) tapşırıqlarıdır. Qarşıdan gələn bu imtahanlarda daha rahat və effektiv nəticə əldə etməyinizə faydalı ola biləcək bir neçə tövsiyəni diqqətinizə çatdırırıq. Burada əvvəlcə imtahanda davranış qaydaları və imtahan sənədlərinə aid bir neçə tövsiyə qeyd edilib. Sonra isə konkret fənlər üzrə yazı işi tapşırıqlarını yerinə yetirərkən diqqət edilməli məqamlar yazılıb.
Tövsiyələrlə tanış olmaq üçün https://dim.gov.az/news/10494/ linkinə daxil ola bilərsiniz.
Hər birinizə uğurlar arzu edirik!
#dövlətimtahanmərkəzi #dim #dimgovaz #imtahan #buraxılışimtahanı

Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsi
Növbəti Prezident təqaüdçüsü Murad Seyidovdur.
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Növbəti Prezident təqaüdçüsü Murad Seyidovdur.
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurovdur.
“Ulu öndər tələbələrə Azərbaycanın gələcəyi ilə bağlı böyük ümidlərlə baxdığını bildirdi. Bu sözlərin təsirində Azərbaycan gənci olmağın nə qədər şərəfli olduğunu, eyni zamanda nə qədər məsuliyyətli olmalı olduğumuzu hiss etmişik”.
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
“Ulu öndər tələbələrə Azərbaycanın gələcəyi ilə bağlı böyük ümidlərlə baxdığını bildirdi. Bu sözlərin təsirində Azərbaycan gənci olmağın nə qədər şərəfli olduğunu, eyni zamanda nə qədər məsuliyyətli olmalı olduğumuzu hiss etmişik”.
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlər göstərir ki, bəzi abituriyentlər şəxsi kabinet yaratdıqdan sonra onun istifadəçi adı və parolunu kənar şəxslərə verirlər. Nəzərə almaq lazımdır ki, sonradan həmin şəxslər abituriyentin elektron ərizəsinə daxil olub abituriyentin istəyinə uyğun olmayan müəyyən düzəlişlər edə, hətta elektron ərizəni ləğv edə bilərlər.
Xatırladaq ki, istifadəçi adı və parolu bilmədən abituriyentin şəxsi kabinetinə və elektron ərizəsinə daxil olmaq mümkün deyil. Abituriyentlərə tövsiyə edirik ki, bu məlumatları heç bir halda kənar şəxslərə verməsinlər. Əgər bu vaxta kimi həmin məlumatları kənar şəxslərə veriblərsə, şəxsi kabinetlərinə daxil olub parollarını dəyişməyi tövsiyə edirik.

Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Teyrun Qəhrəmanovdur.
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı həkim - uroloq Vüsal Əhmədovdur.
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı Sənay Paşayevdir.
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Aprelin 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti imtahanlar keçirilib.
Nəticələr bir ay ərzində elan olunacaq.
Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici‑deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.