Dövlət İmtahan Mərkəzi
✔
45.5K subscribers
1.42K photos
133 videos
816 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Vüsal Əliyevdir.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
9 illik bazada kolleclərə sənəd qəbulu 2023-cü il aprelin 4-dən 24-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

9-cu sinfi bu il bitirənlər kolleclərin müsabiqəsində buraxılış imtahanından əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Əvvəlki illərin məzunları isə mayın 14-də qəbul imtahanı verirlər.

Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2022-ci ildə qəbul imtahanında (buraxılış imtahanında) iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul imtahanında iştirak etməyə bilər.

Elanın tam mətni: https://bit.ly/3GCyxzN
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadədir.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
⏰ İmtahan saat 11:00-da başlanır.

❗İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

📝 Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

✅ İmtahana buraxılış vərəqəsi;
✅ Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
2023-cü il martın 5-də keçirilmiş buraxılış imtahanında istifadə olunan test tapşırıqlarının izahı və onların dövlət standartları, eləcə də tədris proqramına uyğunluğu haqqında

Dövlət İmtahan Mərkəzi martın 5-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarını elmi məqsədlər üçün növbəti imtahanların layihələşdirilməsində istifadə etməmək qərarı verib və daha çox imtahan iştirakçılarının, təhsil ictimaiyyətinin maarifləndirilməsi məqsədilə imtahanın məzmununu açıq şəkildə təqdim edir.

Aşağıdakı linkə daxil olub məlumatın tam mətni ilə tanış ola bilərsiniz.

https://dim.gov.az/news/10714/
İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2023/netorta/) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
DİM aprelin 9-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. 

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib” adlı metodik vəsait nəşr edib

Metodik vəsait peşəkar mühasib sertifikatı (PMS) verilməsi üçün keçirilən test imtahanına (I və II mərhələ) hazırlaşanlar və ictimaiyyətin bu sahə ilə maraqlanan təbəqəsi üçün nəzərdə tutulub. Vəsaitə müvafiq qanunvericilik aktları, imtahan proqramları, imtahanın hər iki mərhələsinə aid tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib.

Qeyd edək ki, DİM tərəfindən 2023-cü il mayın 7-də peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçiriləcəkdir. Namizədlər 7 aprel saat 12:00-dan 26 aprel saat 11:00-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə daxil olub qeydiyyatdan keçə bilərlər.

Ətraflı: https://dim.gov.az/news/10722/
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki Ülvi Zülfüqarovdur.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər .https://dim.gov.az/news/10763/ linkinə daxil olub test tapşırıqlarının izahı və onların dövlət standartları, eləcə də tədris proqramına uyğunluğu ilə tanış ola bilərlər.

Martın 12-də keçirilən imtahanların nəticələrinin növbəti həftə ərzində elan olunması nəzərdə tutulur.
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Almaniyanın “Rewe Group” şirkətinin maliyyə meneceri Bəhram Novruzovdur.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
⏰ İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

📑 Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
✅ İmtahana buraxılış vərəqəsi;
✅ Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
✅ Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
“Rezidentura” jurnalının 2-ci sayı nəşr edilib.

Jurnalda rezidenturaya qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində təqdim edilib.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xatırladaq ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdində iştirak etmək üçün qeydiyyat aprelin 17-dən mayın 1-dək internet vasitəsilə aparılacaq.
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Sübhan Məmmədovdur.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2023-cü il martın 1-dən 15-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2023-cü il aprelin 14-dən 5 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Ətraflı: https://dim.gov.az/news/10791/
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Zəngilan rayonunun Ağalı kəndində IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir.

#dimgovaz #dövlətimtahanmərkəzi #buraxılışimtahanı #Zəngilan #Agalı
Dövlət İmtahan Mərkəzi tərəfindən 14 may 2023-cü il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin 2023-cü il may ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat 11 may 2023-cü il saat 11:00-dək aparılır. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 80 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə 14 may saat 10:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə saat 11:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə 3 may saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə 11 may saat 11:00-dək davam edəcək.
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı “ADA” Universitetində tələbə qəbulu üzrə menecer Aytəkin Hüseynovadır.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi