Xəzər Xəbər Tv
10.4K subscribers
32.4K photos
10.6K videos
7 files
803 links
❌Rəsmi Xəzər Tv kanalı deyil

📌Ən Son Xəbərlər

🔍Dünyada Baş Verən Xəbərlər

✅Xəzər Xəbər - də

♻️ Reklam üçün Rəhbər

@XezerXeberAdmin
Download Telegram
‼️🔴Həbs edilmiş şəxslərə icbari tibbi sığorta hesabına tibbi xidmət göstərilməsinin şərtləri müəyyənləşib

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Xidmətlər Zərfinə həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlərin göstərilməsi şərtləri ilə bağlı yeni hissə əlavə edilib.

Həmin kateqoriyaya aid şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlər aşağıdakı şərtlərlə göstəriləcək:

- müvafiq tibbi xidmətin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən göstərilməsi üçün zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərinin olmaması;

- bir büdcə ili ərzində tibbi xidmətlər göstərilən həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) 1500 nəfərdən çox olmaması;

Bir büdcə ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçirilən sığorta ödənişləri 200 000 manatadək olacaq.
❤2
🥀🇮🇱🇦🇿İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib
🙏4
‼️Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
🙏4
‼️Prezident İlham Əliyevin gəlini Alena Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.
🙏5👍1
❗️DSMF: "Sosial şəbəkədə guya “1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi” barədə paylaşılan videoməlumat yalandır"
👻5
⚡️“Qarabağ”ın qapıçısı Mateus Koxalski İngiltərə mətbuatına maraqlı açıqlama verib.

O, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a 2:3 hesabı ilə uduzduqları matçdan sonra “The Sun” nəşrinə danışıb. 
Koxalski özünü İngiltərə klublarına təklif edib: “Mənim ən böyük arzum İngiltərədə oynamaqdır. Ümid edirəm ki, Premyer Liqa və Çempionşip klublarının skautları məni izləyib. Onların transferim üçün addım atacaqlarına inanıram”. 
Xatırladaq ki, Mateus Koxalski Çempionlar Liqasında ən çox qurtarış edən üçüncü qapıçıdır - 45 dəfə.
👏10❤1
❗️Ukraynada 90 mindən çox insan itkin düşmüş kimi siyahıya alınıb.

Bunlara həm hərbi qulluqçular, həm də mülki şəxslər daxildir
🙏4
‼️Hakan Fidan: Türkiyə hər zaman Can Azərbaycanın yanındadır
🙏12
‼️Dünya İqtisadi Forumunun (DİF) prezidenti və baş icraçı direktoru Börge Brende istefa verib.
‼️Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
🙏7❤4
⚡️İlham Əliyev Ərdoğanı ad günü münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
👍9👏3❤1
🇦🇿Azərbaycan Prezidenti:

▪️İşğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək

▪️Xocalı Soyqırımı Memorialı silinməz yaddaşımızın təcəssümü olacaq

▪️Azərbaycan o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin

▪️Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq

▪️Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük

▪️Bizim iradəmizə qarşı çıxanın başı əziləcək
👏2❤1
❗️Pakistan-Əfqanıstan sərhədində cavab əməliyyatı zamanı azı 22 Taliban üzvü öldürülüb
👏2