ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
✅ Pedaqoji Universiteti seç - 👩🏻‍🏫 "Gələcəyin müəllimi" təqaüdü almaq şansı qazan!


⚡Qəbul imtahanlarında 500 bal və daha yüksək nəticə göstərərək ixtisas seçimi mərhələsində birinci və ya ikinci sırada müəllimlik ixtisaslarını seçərək qəbul olunan müəyyən sayda tələbələr Elm və Təhsil Nazirliyi tərəfindən verilən "Gələcəyin müəllimi" təqaüdünü almaq şansı qazanırlar.

💡Bu təqaüd yüksək nəticələrlə müəllimlik peşəsinə yiyələnmək istəyən gənclər üçün motivasiya olaraq nəzərdə tutulur və məbləği aylıq 100 AZN təşkil edir.

✅ Hər tədris ilində tələblərə cavab verən ilk 300 nəfər birinci tədris ilinin tələbəsi "Gələcəyin müəllimi" təqaüdünü almaq imkanı qazanır.

#ADPU #PedaqojiUniversitet #GələcəyinMüəllimi #teqaud #muallim #eduaz #elmvətəhsilnazirliyi #eatda
❤8💔1
💥 "UĞUR" xüsusi təqaüd proqramı - Pedaqoji Universitetdən möhtəşəm fürsət!

✅ ADPU-da yeni qəbul olunan tələbələr üçün "UĞUR" xüsusi təqaüd proqramı təsis edilib.

👨🏻‍🎓 600 bal və daha yüksək nəticə ilə Azərbaycan Dövlət Pedaqoji Universitetini seçən ilk 10 nəfər tələbəyə ilk tədris ilinin birinci semestri ərzində aylıq 200 AZN dəyərində xüsusi "UĞUR" təqaüdü alacaqlar.

⚡ Qeyd edək "UĞUR" xüsusi təqaüd proqramı ən yüksək balla ADPU-ya qəbul olunaraq "Firudin bəy Köçərli" təqaüdü (1 il ərzində, aylıq 125 AZN) alan tələbədən sonrakı, 600 bal və daha yüksək nəticə ilə universitetə qəbul olunan ilk 10 nəfər tələbəyə veriləcək.

#ADPU #PedaqojiUniversitet #eduaz #təqaüd #Uğur #xüsusitəqaüd #tələbə #müəllim
❤8👏3
Pedaqoji Universitet tələbə qəbulu elan edir!

Bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslarla videoda tanış ola bilərsiniz.

https://www.instagram.com/reel/DNLo4fIsqTT/?igsh=MTh2Z243ZW05N3Z5cQ==

#adpu #eduaz #tv #qebul #telebe #bakalavr #abituriyent #dim #studentslife #university
❤4
💡 İxtisas seçimində bütün abituriyentlərə uğurlar arzulayırıq!

✅ Pedaqoji Universitet - Gələcəyin qurucularının seçimi!

📌 Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə ixtisas seçimi prosesi 11-19 avqust 2025-ci il tarixlərində aparılır.

#adpu #eduaz #edugovaz #PedaqojiUniversitet #ixtisasseçimi #bakalavr #müəllimlik
❤3
Pedaqoji Universitet magistraturaya boş qalan plan yerlərinə qəbul elan edir

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi 13 – 18 avqust tarixlərində aparılacaq.

#ADPU #Eduaz #PedaqojiUniversitet #magistratura #boşqalanyerlər #ixtisasseçimi
💡 Təhsil psixoloqu olmaq üçün seçimini indi et! -

✅ Magistraturaya boş qalan yerlərin seçimində şans hələ də sənindir!

⚡ Əvvəlki adı ilə "Təhsildə sosial-psixoloji xidmət" ixtisaslaşması yeni ad və məzmunda "Təhsil psixologiyası" olaraq sənin seçimin ola bilər!

📌 Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi 13 – 18 avqust tarixlərində aparılacaq.

#ADPU #Eduaz #PedaqojiUniversitet #magistratura #boşqalanyerlər #ixtisasseçimi #psixoloq
❤3👍1
👍3❤2
“Chevening” təqaüd proqramı ilə Böyük Britaniyada magistr təhsili almaq istəyən tələbələrin nəzərinə

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi 2026/2027 tədris ili üçün Chevening Təqaüdlərinə müraciətlərin açıq olduğunu elan edir!
Chevening Böyük Britaniya hökümətinin beynəlxalq təqaüd proqramıdır. Xarici, Birlik və İnkişaf Ofisi və tərəfdaş təşkilatlar tərəfindən maliyyələşdirilən bu proqram, Böyük Britaniyada tam maliyyələşdirilən bir illik magistr dərəcəsi üzrə təhsil almaq imkanı təklif edir.

🗓 Müraciət üçün son tarix: 7 oktyabr 2025-ci il

🎓 Chevening Təqaüdü əhatə edir:

• Universitet təhsil haqqı ödənişləri
• Aylıq müavinət
• Böyük Britaniya ölkələrinə gediş-dönüş səyahət xərcləri
• Gəliş müavinəti
• Vətənə qayıdış müavinəti
• Bir dəfəlik viza müraciəti xərci
• Böyük Britaniyada Chevening tədbirlərinə qatılmaq üçün səyahət pulu

Chevening Təqaüdünə müraciət üçün tələblər:

• Chevening-ə uyğun ölkə və ya ərazilərin vətəndaşı olmaq;
• Təqaüd bitdikdən sonra ən azı iki il ərzində vətəninizə qayıtmaq öhdəliyini götürmək;
• Bakalavr təhsilinizi başa vurduqdan sonra minimum 2800 saat iş təcrübəsinə malik olmaq. Əgər 2023-cü ilin oktyabrından sonra məzun olmusunuzsa, tələb olunan saatı toplamaq üçün kifayət qədər vaxt olmadığı üçün müraciətiniz qəbul edilməyəcək;
• Birləşmiş Krallıqda magistratura təhsilinə uyğun bakalavr diplomuna sahib olmaq;
• Üç fərqli və uyğun Birləşmiş Krallıq universitet proqramına müraciət etmək və təyin olunmuş sənəd təqdimetmə tarixindən əvvəl bu proqramlardan ən azı birindən şərtsiz qəbul məktubu almaq.

Müraciət linki:

🔗 https://asams.chevening.org/apply

Müraciətə başlamazdan əvvəl aşağıdakı səhifələri nəzərdən keçirməyi tövsiyə edirik:

https://www.chevening.org/scholarships/why-study-in-the-uk/
https://www.chevening.org/scholarships/who-can-apply/
https://www.chevening.org/scholarships/application-timeline/
https://www.chevening.org/scholarships/find-a-course/
https://www.chevening.org/faqs/...
👍4❤2
📢 ADPU-nu seçən tələbələrə THİK-dən 500 AZN-lik təqaüd imkanı

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Pedaqoji Universitetə və onun filiallarına yeni qəbul olunan tələbələr üçün xüsusi təqaüd imkanı təqdim edir.
Belə ki, ADPU THİK tərəfindən ixtisas seçimi zamanı Pedaqoji Universiteti birinci sırada kodlaşdıran və ən yüksək nəticə göstərən dövlət sifarişi əsasında təhsil alacaq tələbələrə birdəfəlik təqaüd veriləcək.

🔹 Bakalavriat səviyyəsi üzrə – Pedaqoji Universiteti ilk sırada seçən ən yüksək ballı dövlət sifarişli tələbəyə 400 AZN.
🔹 Magistratura səviyyəsi üzrə – ən yüksək balla Pedaqoji Universiteti seçən dövlət sifarişli magistranta 500 AZN.
🔹 Filiallar üzrə – Universitetin 5 filialının hər birinə ən yüksək balla qəbul olunan tələbəyə 500 AZN.

Bu təşəbbüs ADPU THİK-in tələbələrin təhsil motivasiyasını artırmaq və onları dəstəkləmək məqsədilə atdığı ilk addım deyil, belə ki, bundan əlavə hər imtahan sessiyanın sonunda akademik göstəriciləri ilə fərqlənən 14 ən fəal tələbə 300 AZN adlı təqaüd əldə edir.
❤3👍1
Pedaqoji Universitetin magistraturaya boş qalan yerlərinə qəbul olunmuş bakalavrların qeydiyyat qaydaları


2025-2026-cı tədris ili üzrə ADPU-nun magistraturaya boş qalan yerlərinə qəbul olunmuş şəxslərin elektron qaydada qeydiyyatı 21 avqust 2025-ci il tarixində başlayacaq və 28 avqust saat 18:00-da başa çatacaq.

Elektron qeydiyyat üçün bakalavrlar https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi zəruridir (əgər tələb olunan sənəd varsa).

“portal.edu.az”da ilk dəfə qeydiyyatdan keçənlər üçün təlimat: https://edu.gov.az/uploads/news/07/telimat.pdf

Elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da başa çatacaq. Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab olunur.

Portala PDF formatında yüklənməsi tələb olunan sənədlərin və ADPU-nun Magistratura və doktorantura şöbəsinə 15-22 sentyabr 2025-cü il tarixlərində təqdim ediləcək sənədlərin siyahısı postlarda verilmişdir.

Məlumatların təsdiqi və sənədlərin yüklənməsindən (tələb olunan sənəd varsa) sonra, hansısa düzəliş yoxdursa, ödəniş hissəsinə keçiriləcək. Ödənişi birbaşa https://portal.edu.az/ üzərindən şəxsi səhifənizdə bank kartları vasitəsilə, "Birbank" tətbiqi, "Emanat" və "Ekspresspay" ödəniş aparatları ilə FİN kod vasitəsilə (bu hallarda ödəniş portalda avtomatik qaydada əks olunacaq), banklarda isə invoys kodla (invoys kod onlayn qeydiyyat prosesində “ödəniş” hissəsində sizə veriləcək) ödəyə bilərsiniz (bu halda ödəniş qəbzini sistemə yükləməlisiniz).

❗ İllik təhsil haqqının minimum 50%-i ödənilməlidir. Bu halda qalan hissə dekabr ayının sonunadək ödənilməlidir.

❗ Tələbə Təhsil Krediti Fonduna müraciət edən tələbələr təhsil müəssisəsini məlumatlandırmalıdırlar. Bunun üçün elektron qeydiyyat zamanı müvafiq bənd işarələnməlidir.

✅ Təhsil haqqından azad olunmaq, yaxud təhsil haqqına güzəşt hüququ verən hallar, eləcə də Tələbə Təhsil Krediti Fonduna müraciət qaydaları ilə tanış olmaq üçün müvafiq postdakı QR kodu oxutmanız kifayətdir.

ADPU-nun Magistratura və doktorantura şöbəsi

📍: Bakı şəh., Həsən Əliyev küç., 104, ADPU-nun 2 saylı tədris binası, otaq 313

☎️: +994124658153
❤6
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələri elan olundu

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik!

Pedaqoji Universitet Sizi qarşılamağı səbrsizliklə gözləyir.



#adpu #PedaqojiUniversitet #qəbul #nəticə #bakalavr #edu #eduaz #DİM
❤57💔2👏1