ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
❤20🥰2
Pedaqoji Universitet - 104 ildir təhsilimizin keşiyindəyik!

Bu gün ölkəmizin müəllimlik məbədi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 104 ili tamam olur.

#ADPU #PedaqojiUniversitet #eduaz #edugovaz #1921 #müəllim
❤19🥰1👏1
Doğum gününüz mübarək, Mehriban xanım!

Bu gün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan elmi, təhsili, mədəniyyəti və tarixinin inkişafına misilsiz töhfələr verən, gördüyü işlərlə bütün həmvətənlərimizin dərin rəğbət və sevgisini qazanan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

#MehribanƏliyeva #adpu #PedaqojiUniversitet #eduaz
❤16🥰1
❤10👏1
Pedaqoji Universitetin qəbul planı 99.7 faiz dolub


Ətraflı: http://bit.ly/4fYCMpE

#adpu #eduaz #PedaqojiUniversitet #qəbul
❤9👏1
Pedaqoji Universitet üzrə boş qalan plan yerləri

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin yalnız Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə rus bölməsində 9 plan yeri boş (vakant) qalmışdır.

Ali təhsil müəsisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

#adpu #PedaqojiUniversitet #eduaz #ixtisas #boşyer #seçim #tspx #qəbul
❤1
📢 PEDAQOJİ UNİVERSİTETƏ QƏBUL OLUNAN TƏLƏBƏLƏRİN ONLAYN QEYDİYYATI ⬇️

🖥️ ADPU-nun bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatı yalnız elektron qaydada aparılır.

🔰28 avqust tarixində ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Abituriyentlər https://portal.edu.az/ platformasında şəxsi hesab açaraq, “Xidmətlər” bölməsində “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə qeydiyyat üçün müraciət etməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

⏰Elektron sistem üzrə qeydiyyat 08 sentyabr 2025-ci il saat 18:00-da başa çatacaq. Bu vaxt ərzində qeydiyyatdan keçməyən abituriyentlər ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab olunur.
🔴Qeydiyyat zamanı tələb olunan sənədlərlə posterlərdə ➡️ tanış ola bilərsiniz.

Tələb olunan sənədləri yükləyib ilkin müraciət edildikdən sonra 2 iş günü ərzində universitet tərəfindən müraciətə baxılır və hansısa düzəliş yoxdursa, ödəniş statusu təyin olunur. Ödənişi birbaşa https://portal.edu.az/ üzərindən şəxsi səhifənizdə 💳bank kartları vasitəsilə, 📱"Birbank" tətbiqi, 🏧"Emanat" və "Eksprespay" ödəniş aparatları ilə FİN kod vasitəsilə (bu hallarda ödəniş portalda avtomatik qaydada əks olunacaq).
🏦 Banklarda isə invoys kodla (invoys kod ödəniş hissəsində sizə veriləcək) ödəyə bilərsiniz (bu halda ödəniş qəbzini sistemə yükləməlisiniz).

‼️ Təhsil haqqının minimum 50%-i qeydiyyat zamanı ödənilməlidir. Digər hissəsi isə dekabrın sonunadək ödənilməlidir.

🔴Təhsil Tələbə Krediti Fonduna (TTKF) müraciət edəcək tələbələr elektron qeydiyyat zamanı müvafiq bəndi işarələməlidirlər.

❗ Ödənişli əsaslarla qəbul olunub təhsil haqqından azad olunan, yaxud təhsil haqqına güzəşt hüququ olan tələbələr elektron qeydiyyat zamanı müvafiq bəndi seçərək aid olduqları kateqoriyanı seçməli və tələb olunan sənədlərin elektron variantını sistemə yükləməlidirlər.

📃Dərslər başladıqda isə tələbələr bəzi zəruri sənədləri əyani qaydada universitetə təqdim etməlidirlər (posterlərdə əks olunur).

Əlaqə:
📍 Bakı ş., Üzeyir Hacıbəyli 68
📞+994124987801
📧 office@adpu.edu.az
tedris.informasiya@adpu.edu.az
❤6
Pedaqoji Universitetdə 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub


2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarında 13 ixtisasda dövlət sifarişi üzrə keçid balı 500-dən yüksək olub.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında dövlət sifarişli yerlər üzrə formalaşmış minimal keçid balı həm ADPU-da, həm də bütün filiallarda 500-dən yuxarı olub.
❤3
Pedaqoji ixtisasların plan yerlərinin 36 faizi ADPU-nun payına düşür

Ölkə üzrə pedaqoji ixtisaslara ayırılan plan yerlərinin 36 faizi Azərbaycan Dövlət Pedaqoji Universiteti və filiallarının payına düşür.

#adpu #edu #ElmvəTəhsilNazirliyi #eduaz #ixtisas #plan #PedaqojiUniversitet #pedaqoji #müəllim
❤2
👏2
Yüksək balla ADPU-nu seçən tələbələrin sayı artır
2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticəllərinə əsasən Pedaqoji Universitetə 82,31 %-i (2219 nəfər) 300-dən, 54,49 %-i (1469 nəfər) 400-dən, 14,05 %-i (380 nəfər) 500-dən yuxarı bal toplayanlardır. Qəbul olunanlar arasından 5 nəfəri 600 baldan yuxarı nəticə göstərib. 5 nəfər isə beynəlxalq uğurlarına görə müsabiqədənkənar qaydada ADPU-ya qəbul olunub.
👍4❤2👏1