I tədris ilinin tələbələri və magistrantlarının nəzərinə
15 sentyabr tarixində universitetə gəlmə qrafiki
#ADPU #eduaz #PedaqojiUniversitet #ixtisas

👍4❤2👏2
Pedaqoji Universitet: Qəbul dövründə 8 milyondan çox baxış, 12.500-dək müraciət
2025/2026-cı tədris ili üçün ali məktəblərin bakalavriat və magistratura pillələrinə tələbə qəbulu və elektron qeydiyyat prosesi müddətində (30 iyun 2025-ci il - 11 sentyabr 2025-ci il tarixləri aralığında) Pedaqoji Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən abituriyentlərdən, tələbələrdən, həmçinin ictimaiyyət və media nümayəndələrindən daxil olan müraciətlərə çevik cavab verilməsi istiqamətində planlı iş aparılıb. Xüsusilə abituriyentlər və onların valideynlərinin ixtisas seçimi, mövcud ixtisaslar, universitetin infrastrukturu və naviqasiyası, təqaüd imkanları, yataqxana, onlayn qeydiyyat, təhsil tələbə krediti və digər bu kimi məsələlərlə bağlı müraciətləri operativ şəkildə nəzərdən keçirilib və zəruri dəstək göstərilib.
30 iyun - 11 sentyabr tarixləri aralığında universitetin sosial media hesablarında məlumat xarakterli 60 poster və videoməzmun paylaşılıb ki, bu məzmunlar rəsmi instaqram, feysbuk və linkedin səhifələri, teleqram, votsap və yutub kanalları vasitəsilə ümumilikdə 8 milyon 125 min dəfə izlənilib. Bu, paylaşımlara orta hesabla bir gün ərzində 112 min 847 dəfə baxılması deməkdir. Hesabat dövrü ərzində şöbə tərəfindən vətəndaşlardan müxtəlif əlaqə vasitələri ilə daxil olmuş ümumilikdə 12.453 müraciət operativ qaydada cavablandırılıb ki, bu da orta hesabla bir günə 173 müraciət deməkdir. Müraciətlərin 10.199-u instaqram səhifəsi üzərindən, 1.239-u votsap xəttindən, 356-ı feysbuk, linkedin və teleqram səhifələri və imeyl vasitəsilə, 609-u isə zəng formasında daxil olan müraciətlərdir.
Qeyd edək ki, ötən ilin analoji dövrü ərzində cavablandırılmış müraciətlərin ümumi sayı 5.356 təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 132.5 %-dən çox artım deməkdir.
Onlayn qeydiyyatla bağlı universitetdə yerində müraciət xidmətinin təşkil edilməməsinə baxmayaraq, müraciət etmiş 50-dən çox vətəndaşa yerində xidmət göstərilib.
Şöbə tərəfindən ADPU-ya yeni qəbul olunmuş tələbələrin məlumatlandırılması və tədris prosesinə adpaptasiyasına dəstək göstərilməsi istiqamətində işlər davam etdirilir.

❤8🔥1
Münaqişələrin həlli və stressin idarə edilməsi” adlı təlim keçiriləcək
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi “Münaqişələrin həlli və stressin idarə edilməsi” adlı təlim təşkil edir.
Təlim zamanı iştirakçılara münaqişə, elementləri, növləri və əlamətləri, münaqişənin səbəbləri və dinamikası, münaqişələrin gedişinə təsir edən amillər, münaqişələrin nəticələri və funksiyaları, münaqişələrin həlli stilləri və aradan qaldırılması yolları, danışıqlar, xüsusiyyətləri, növləri və funksiyaları, danışıqların strategiyası, mövqe sövdələşməsinin xüsusiyyətləri stress, daxili, xarici və şəxsi amilləri, stressin nəticələri, stressin idarə olunması strategiyası öyrədiləcək. Təlim iştirakçılarında müxtəlif rol oyunları, keyslər, beyin həmləsi, diskussiya, metod və digər vasitələrdən istifadə etməklə empatiyanın qurulması üzrə bacarıqlar təkmilləşdirilir.
Təlim 1-ci dərəcəli dövlət qulluqçusu dosent Afaq Hüseyn tərəfindən aparılacaq. Təlim canlı formada müəllim və tələbə heyəti üçün nəzərdə tutulmuşdur. Təlimin sonunda iştirak edənlər sertifikatla təmin olunacaq.
Qeydiyyat:
https://docs.google.com/forms/d/1fks-0fNDkIGFr1rV_V-0pwl8G6FizFDVkjzuoUMJelM/edit

Google Docs
Münaqişələrin həlli və stressin idarə edilməsi-31 azn
❤3
Təəssüf hissi ilə bildiririk ki, ADPU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasının professoru, Əməkdar müəllim, uzun illər elmi-tədqiqat və ali təhsil idarəetməsi sahəsində müxtəlif vəzifələrdə çalışmış Həmzə Səməd oğlu Seyidli vəfat edib.
Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim heyəti mərhum alimin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

❤19
Yüksək ballı tələbələr müəllimliyi seçdilər
Ətraflı: http://bit.ly/3K6NwX9
#adpu #edu #ElmvəTəhsilNazirliyi #eduaz
Ətraflı: http://bit.ly/3K6NwX9
#adpu #edu #ElmvəTəhsilNazirliyi #eduaz
adpu.edu.az
Yüksək ballı tələbələr müəllimliyi seçdilər
11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ – REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.
"Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.
Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Sərgi müddətində müxtəlif formatda 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin görkəmli yazarları, elm adamları sərgidə təmsil olunacaq.
Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.
Sərgiyə giriş ödənişsizdir.
Sərgidə iştirakla bağlı qeydiyyat sənədləri ən son 2025-ci il sentyabrın 25-dək Təşkilat Komitəsinə təqdim edilməlidir.
Qaynar xətt: (+99412) 147
📧 bakubookfair@culture.az
🌐 www.bakubookfair.az
📸 Instagram: @baku_book_fair
#BakuBookFair2025 #BakıKitabSərgisi2025 #11ciBakıKitabSərgisi #BakuInternationalBookFair

❤2
Bu gün dahi bəstəkar, Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
18 Sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.
Qeyd edək ki, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsində semestr birincisinə dahi bəstəkarın adını daşıyan təqaüd verilir.
#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #MilliMusiqiGünü #ÜzeyirHacıbəyli140

❤12