ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
ADPU TV-nin yeni rəhbəri Gülay İmanzadə
Gülay Müsayib qızı İmanzadə Sabunçu rayon 310 nömrəli tam orta məktəbin 2022-ci il məzunudur. Orta məktəb dövründən idman, rəqs və musiqi ilə məşğul olub, R.Behbudov adına Dövlət Mahnı Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında (Lüteran kilsəsi) konsertlə çıxış edib. Musiqi məktəbini fərqlənmə ilə bitirib. 2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya müəllimliyi fakültəsinə qəbul olunub. Biologiya müəllimliyi ixtisasının IV tədris ili tələbəsidir. Universitetə qəbul olduğu dövrdən universitetin ictimai həyatında aktiv şəkildə iştirak edir, fakültə və universitetdaxili layihə və tədbirlərin aktiv iştirakçısıdır. Tələbə Gənclər Təşkilatının daxilində fəaliyyət göstərən Art klubun rəhbər müavini kimi fəaliyyət göstərib. 2025-ci ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində könüllülük proqramını uğurla tamamlayıb və sertifikatla təltif edilib. Könüllü olduğu müddətdə rəsmi dövlət səviyyəsində təşkil edilən bir sıra layihələrin icrasında əhəmiyyətli rol oynayıb. 2024-cü ilin oktyabr ayından universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin daxilində fəaliyyət göstərən ADPU TV könüllü tələbə komandasında rəhbər müavini olaraq fəaliyyət göstərib. 2 Fevral – Gənclər Günü münasibətilə Universitetin ictimai həyatında fəal iştirakına görə ADPU-nun rektoru prof. Cəfər Cəfərov tərəfindən Fəxri Fərmanla təltif edilib.
Gülay həmçinin “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün qalibidir.
👏2
18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür!

Bu gün milli kimliyimizin, azadlıq ideyalarının və dövlətçilik iradəsinin bayramıdır. Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz olsun!
❤12👏2
❤4
🇹🇷🇦🇿 Qardaş Türkiyənin Cümhuriyyət bayramı mübarək! Təbriklər, Türkiyə!

#AzərbaycanTürkiyə #TürkiyəCümhuriyyəti #adpu #edu
❤1
“Müasir Pedaqogika və 21-ci əsrdə müəllimlik” adlı təlim keçiriləcək

A
DPU-nun Beynəlxalqəlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–tədris mərkəzi “Müasir Pedaqogikavə 21-ci əsrdə müəllimlik” adlı təlim təşkil edir.Təl
imin əsas məqsədi“Müasir Pedaqogika və 21-ci Əsrdə Müəllimlik” təlimi müəllimlərin dəyişən təhsilmühitinə uyğun peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Təlimzamanı iştirakçılar Təhsil 4.0 konsepsiyası, aktiv öyrənmə, rəqəmsalpedaqogika, inklüziv tədris və pedaqoji liderlik kimi mövzularla tanışolacaqlar. Müəllimlər həm nəzəri bilik, həm də praktiki fəaliyyətlər vasitəsiləfasilitator rolunu, rəqəmsal alətlərin istifadəsini və tələbə yönümlü yanaşmanımənimsəyəcəklər. Təlim nəticəsində onlar müasir dərs dizaynı qurmaq, tələbələrinmotivasiyasını artırmaq və öyrənməyə aktiv cəlb etmək bacarığı qazanacaqlar. Təlim İnsan
resursları üzrə mütəxəssis Sahil Nağızadə tərəfindən aparılacaq. Təlim ödəniş
lidirvə 3 gün davam edəcək. Təlimin sonunda iştirak edənlər sertifikatla təminolunacaqdır. Qeydiyyat: ht

tps://forms.gle/ZUHVZ2Ky74PaSxq
E8
❤1
“Suverenliyimizin Qoruyucuları” layihəsi start götürür

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Beynəlxalq Layihələr və Qrantlar Şöbəsi tərəfindən təqdim olunan və Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən qrant müsabiqəsinin qalibi olmuş “Suverenliyimizin Qoruyucuları” layihəsinə start verilir. Layihə gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, qəhrəmanlarımızı tanıtmaq və komanda bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Müraciət edənlər arasından 25 aktiv tələbə seçilərək və komanda formatında intellektual yarışda iştirak etmək hüququ əldə edəcək.Layihədə iştirak üçün 16–29 yaş arası tələbələr müraciət edə bilərlər.

🗓️ Qeydiyyat tarixi: 1–10 noyabr 2025-ci il
📅 Layihənin keçirlmə tarixi: 20 noyabr 2025-ci il
📝 Qeydiyyat: https://forms.gle/Kh12YLeqhxMqdSXz5

📩 Əlavə məlumat üçün:
Beynəlxalq Layihələr və Qrantlar Şöbəsi
📧 beynelxalq.layiheler@adpu.edu.az

#ADPU #SuverenliyimizinQoruyucuları #GənclərFondu #KonstitusiyaVəSuverenlikİli #PedaqojiUniversitet #Vətənpərvərlik
❤2
Əziz tələbələr,
Oktyabr ayının təqaüdləri ödənildi.
Xeyirlə xərcləyin.
❤61💔10👏4
ADPU-da tütorluq təlimlərinə start verilir


ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyyət göstərən Təlim-Tədris Mərkəzi tütor olmaq istəyənlər üçün təlimlər təşkil edir.
Təlimlər 2 ay müddətində davam edəcək və ödənişlidir.
Qeydiyyat bitdikdən sonra qeydiyyatdan keçənlər üçün təlimin başlanma tarixi elan ediləcək.
Əlavə məlumat üçün: tlc@adpu.edu.az

Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdIlVfN1vYV40ui4scC2fvWr6bak6mT8l578jaazhst-Og-Hw/viewform?usp=header
❤1
❓Cari ildə yüksək balla universitetimizi seçən tələbələrimizi tanıyırsınız?

🎥ADPU TV-nin 600-dən yüksək balla ADPU-ya qəbul olunan tələbələrlə olan maraqlı reportajı artıq yutub kanalımızda yayımdadır!

Onların uğur hekayələrini izləmək üçün👇
https://youtu.be/dd7ZNEDDFW8?si=OxLmaGWyuyB6FqCX
❤6🔥1
8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ADPU-nun rektoru professor Cəfər Cəfərovun TƏBRİKİ

Ətraflı: https://bit.ly/47Ls0zl

#adpu #eduaz #ElmvəTəhsilNazirliy #Zəfər #BayraqGünü
❤14👏3
Azərbaycan vətəndaşlığını qəbul edib Vətən müharibəsində iştirak edən Bəbiri yaxından tanıyaq.

ADPU TV-nin "Qəhrəmanını tanı" layihəsinin Zəfər Gününə özəl buraxılışı artıq yutub kanalında yayımdadır.

Bu dəfə qonağımız Məktəbəqədər təhsil fakültəsinin tələbəsi, Vətən müharibəsi qazisi Bəbir Qasımovdur.

Bəbirin döyüş hekayəsini izləmək üçün:

https://youtu.be/OZG0ZjYFF8A?si=EGvwoGcOOFRMVa3h
❤6
Azərbaycan tarixinin ən şanlı qalibiyyət səhifəsi olan Vətən müharibəsi Zəfərindən 5 il ötür.

Şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizə sağlamlıq diləyirik. Zəfərin əbədi olsun, Azərbaycan!

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #Zəfər #5il
❤10
Hər anı tarixə çevrilən, böyük Zəfərə aparan qürur dolu 44 gün!

O günləri bir daha belə xatırlayaq:

https://youtu.be/wpcjt6Z2ClE?si=MDrYr1vgNf8NX6DZ
❤7👏1
Müstəqillik və suverenliyimizin rəmzi olan, uğrunda minlərlə canın qurban olduğu üçrəngli bayrağımız müstəqil Azərbaycanımızın azad səmalarında ədəbi dalğalansın!

9 Noyabr - Dövlət Bayrağı Günümüz mübarək!

#ADPU #edugovaz #eatda #PedaqojiUniversitet #Bayraq #9Noyabr
❤14👏3
Gürcüstan-Azərbaycan sərhədində baş verən “C-130” hərbi təyyarə qəzası ilə bağlı kədərləndiyimizi bildirir, qəza nəticəsində şəhid olan hərbçilərə Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk!
😢2