ADPU
4.39K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
Pedaqoji Universitet kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə ümumxalq yürüşündə iştirak edərək Şəhidlər Xiyabanını ziyarət edib. Xalqımızın müstəqil dövlətçilik tarixində ən önəmli yerlərdən birini tutan 20 Yanvar hadisələrində şəhidlik zirvəsinə yüksələn qəhrəman vətən övladlarının xatirələri ehtiramla yad olunub, məzarları üzərinə tər qərənfillər düzülüb.
Qeyd edək ki, ziyarətdə Universitetin rəhbərliyi, müvafiq struktur rəhbərləri, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və fəal tələbələr iştirak ediblər.

#ADPU #eduaz #ElmvəTəhsilNazirliyi #20Yanvar #34il #qanyaddaşı
❤22😢4👍2💔2👏1