ADPU
4.39K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
SABAHımız Siz olun!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qruplarının bakalavriat səviyyəsinə 2023/2024-cü tədris ili üçün tələbə seçimi müsabiqəsi açıq elan olunur.

SON MÜRACİƏT TARİXİ: 08 iyun 2023-cü il, saat 23:59
Ətraflı:
http://sabah.edu.az/az/20232024-cu-tedris-ili-uzre-sabah-qruplarinin-bakalavriat-seviyyesine-telebe-qebulu-aciq-elan-olunur

#ADPU #ASPU #ElmvəTəhsilNazirliyi #eduaz #SABAH #ADPUSABAH
❤3👍1
Magistratura səviyyəsi üzrə SABAH qruplarında təhsil almaq istəyən bakalavrların nəzərinə!

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 6 ‑ 13 iyul 2023-cü il tarixlərində aparılacaq. İxtisaslaşma seçiminə 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilən magistraturaya qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

Ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan SABAH qruplarına savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə 3 – 10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsində yaradılacaq komissiyada müsahibədən keçmələri tələb olunur.

Müsahibədə uğur qazanmış bakalavrlara SABAH qruplarına aid müvafiq ixtisaslaşmanı seçmək imkanı veriləcəkdir.

Ali təhsil müəssisəsində keçiriləcək müsahibədə iştirak etmək üçün qeydiyyat Dövlət İmtahan Mərkəzinin internet səhifəsində aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

#adpu #ElmvəTəhsilNazirliyi #SABAH #DİM
👍11❤1
ADPU-nun Pedaqoji Forumunun XIV dinləməsində iştirak etmək istəyənlərin nəzərinə

Böyük məmnuniyyət hissi ilə diqqətinizə çatdırmaq istəyirik ki, 18 aprel, saat 14:00-da ADPU-nun Pedaqoji Forumunun XIV dinləməsi keçiriləcək.
Tədbir ADPU-nun əsas korpusunun böyük zalında baş tutacaq.
Dinləmədə Hacettepe Universitetinin professoru Selahattin Gelbal "Ali təhsildə ölçmə və qiymətləndirmədə yeni çağırışlar" mövzusunda məruzə ilə çıxış edəcək.
Tədbirdə ali təhsil müəssisələrinin nümayəndələri, professor-müəllim heyəti, doktorant, magistrant və bakalavriat tələbələri, eləcə də təhsil ekspertləri və jurnalistlər iştirak edə bilərlər.
ZƏRURİ QEYD: Yer məhdudiyyətini nəzərə alaraq, tədbirdə iştirak üçün office@adpu.edu.az imeyli və ya ADPU Rektorluğuna zəng edərək (+99412 493-35-05 və ya +99412 493-00-32) qeydiyyatdan keçməyiniz xahiş olunur.

Qeydiyyat linki: https://forms.office.com/r/MqDjc5MeV5

#ADPU #edu #eduaz #PedaqojiForum #SABAH #EATDA
❤1👍1
Pedaqoji Universitet 30 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti üzrə 2024-2025-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul planı və 2023-cü ilin keçid balları

#adpu #eduaz #magistratura #qəbul #sabah #mba #ixtisas
❤5
Pedaqoji Universitetdən 4700-dən çox tələbə məzun olur

Bu il Pedaqoji Universitetdən filiallar və Pedaqoji Kolleclə birgə ümumilikdə 4700 nəfərdən çox tələbənin məzun olması nəzərdə tutulur. Sevindirici haldır ki, ADPU-nun bakalavr səviyyəsi üzrə cari il məzunlarının 812 nəfəri (34 %) magistraturaya qəbul imtahanlarından uğurla keçərək ixtisas seçimi mərhələsində iştirak etmək hüququ qazanıblar. Eyni zamanda, bu günədək ADPU-nun 54 nəfər sonuncu tədris ili tələbəsi xarici ölkələrin ali təhsil müəssisələrinin magistraturalarına sənəd təqdim ediblər (sayın artacağı proqnozlaşdırılır). Həmçinin bu il məzun olanlardan 34 nəfər SABAH magistratura, 44 nəfər SABAH bakalavr, 42 nəfər isə ADPU-nun ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə magistr ikili diplom proqramının məzunlarıdır.

#adpu #PedaqojiUniversitet #eduaz #ElmvəTəhsilNazirliyi #məzun #bakalavr #magistr #subbakalavr #sabah #ikilidipom #filial #kollec
👍10❤4👏2