ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsində iştirak üçün 920 tələbə qeydiyyatdan keçib
Müsabiqənin I mərhələsinin mart ayının birinci yarısında keçirilməsi planlaşdırılır. Bununla bağlı əlavə məlumat veriləcək.
Qeydiyyatdan keçmiş hər bir iştirakçıya uğurlar arzulayırıq!
Qoy layiq olan lider olsun!
#adpu #edu #ElmvəTəhsilNazirliyi #eduaz #GələcəkTəhsilLiderləri #bp #ITbrains #PrestijS #müsabiqə
❤3
Daim korporativ sosial məsuliyyət prinsipləri əsasında ölkəmizdə təhsilin inkişafına dəstək verən bp şirkəti müsabiqəmizin sponsorudur.

#adpu #PedaqojiUniversitet #edu #ElmvəTəhsilNazirliyi #eduaz #GələcəkTəhsilLiderləri #bp #sponsor
❗Müsabiqədə qeydiyyatdan keçənlərin nəzərinə!

⏰ "Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin I mərhələsi üzrə imtahan 10 mart 2024-cü il, saat 12:00-da start götürəcək!
İmtahana qeydiyyat saat 10:30-da başlanacaq və 12:30-dan sonra binaya giriş dayandırılacaq.
📌 İmtahan məkanı: ADPU-nun əsas tədris binası, Üzeyir Hacıbəyli 68
⏱️ İmtahanın müddəti 2 saat 30 dəqiqədir.
ℹ️ İştirakçılar imtahana gələrkən üzərlərində yalnız şəxsiyyət vəsiqəsi, tələbə bileti və göy yazan qələm gətirməlidirlər!
❗İmtahana buraxılış şəxsiyyət vəsiqəsi və tələbə bileti əsasında aparılacaq!

💫 Bütün iştirakçılara uğur arzulayırıq!

#adpu #edu #eduaz #GələcəkTəhsilLiderləri #bp #prestijs #itbrains
❤10👍2
"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin I mərhələsi üzrə ən yüksək nəticə göstərən iştirakçılarla tanış olun.


“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin I mərhələsi üzrə imtahanlarda ən yüksək nəticə göstərən iştirakçılar

Nurlan Quliyev - Bakı şəhəri Xətai rayonu 165 nömrəli məktəbin məzunudur. 2019-2023-cü illərdə ADPU-nun kimya müəllimliyi ixtisasında qəbul olub. 2023-cü ildə ADPU-nun MBA (Təhsilin təşkili və idarə olunması) proqramı üzrə magistratura pilləsinə qəbul olunub.

Fidan Nəzərəliyeva – 2022-ci ildə Qobustan rayonu Sündü kənd Ş.Şikarov adına tam orta məktəbindən məzun olub. Həmin il ADPU-nun xarici dil (ingilis dili üzrə) müəllimliyi ixtisasına qəbul olunub.

Gültəkin Abdulhəşimli - İlqar Yusifov adına Abşeron rayonu Görədil kənd məktəbinin məzunudur. 2021-ci ildə ADPU-nun məktəbəqədər təhsil ixtisasına qəbul olunub.

Rəhim Kərimov - Buzovna qəsəbəsi 322 saylı tam orta məktəbdən 2019-cu ildə məzun olub. 2019-2023-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda ADPU-da SABAH magistratura (Təlim və tədrisin təşkili və metodikası) proqramı üzrə təhsil alır.

#adpu #edu #eduaz #ElmvəTəhsilNazirliyi #GələcəkTəhsilLiderləri #bp #PrestijS #İTBrains #Səndəbacararsan
👍2
"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mərhələsi üzrə ən yüksək nəticə göstərən iştirakçılarla tanış olun

Kamran Əliyev - Bakı şəhəri Səbail rayonu 91 saylı tam orta məktəbin məzunudur. 2019-2023-cü illərdə Bakı Dövlət Universitetində tarix ixtisası üzrə təhsil alıb. Hazırda ADPU-nun "Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş" ixtisaslaşması üzrə I tədris ilinin magistrantıdır.

Vüsalə İsfəndiyarova - Bakı şəhəri 276 nömrəli tam orta məktəbin məzunudur. 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olunub. Hazırda ixtisası üzrə ADPU-nun SABAH qruplarında təhsil alır.

Nərmin Musayeva - Abşeron rayonu Hökməli qəsəbə tam orta məktəbinin məzunudur. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. Hazırda V tədris ili tələbəsidir.

Rəhim Kərimov - Buzovna qəsəbəsi 322 saylı tam orta məktəbdən 2019-cu ildə məzun olub. 2019-2023-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda ADPU-da SABAH magistratura (Təlim və tədrisin təşkili və metodikası) proqramı üzrə təhsil alır.

#adpu #edu #eduaz #ElmvəTəhsilNazirliyi #GələcəkTəhsilLiderləri #bp #PrestijS #İTBrains #Səndəbacararsan
👍6❤1
📣📣📣 "Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinə qeydiyyatdan keçən və müsabiqədə iştirak hüququ qazanan tələbələrin nəzərinə ℹ️

Müsabiqənin I mərhələsi 15 mart 2025-ci il (həftənin şənbə günü), saat 11:00-da ADPU-nun əsas tədris binasında (Üzeyir Hacıbəyli 68) keçiriləcək.

📌 Qeydiyyat saat 09:30-dan etibarən başlanacaq.

📌 Saat 11:00-dan sonra gələn iştirakçılar müsabiqəyə buraxılmayacaq.

⏳ İmtahanın müddəti 120 dəqiqədir.

💡 Bu mərhələdə 3 blok üzrə iştirakçıların bilikləri qiymətləndiriləcək:
🇦🇿 Azərbaycan📚
🚀 Dünyagörüşü və müasir trendlər
🏛️ Təhsil sistemi və Pedaqoji Universitet

✅ Qeyd edək ki, ilk mərhələdə iştirak edənlərin təxminən 50 faizi növbəti mərhələyə keçmək hüququ qazanacaq.

‼️Qeyd: İştirakçı mütləq özü ilə şəxsiyyət vəsiqəsi, tələbə bileti və tünd göy rəngdə yazan qələm gətirməlidir.

#ADPU #PedaqojiUniversitet #eduaz #bp #ElmvəTəhsilNazirliyi #müsabiqə #GələcəkTəhsilLiderləri #SəndəBacararsan
👍4❤1🔥1👏1💔1
"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:

Altunay Əhsən qızı İskəndərli Xocavənd rayon 2 saylı tam orta məktəbin 2020-ci il məzunudur. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına qəbul olunub. I kursdan universitet daxilində fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı Komitəsinə qoşulmuş, təşkilatda menecer kimi fəaliyyətə başlayıb. 2021-ci ildə təşkilatın ixtisas üzrə sədri seçilib. 2021-ci ildən etibarən təhsilini SABAH qruplarında davam etdirir. 2021–2024-cü illərdə THİK-in SABAH qrupları üzrə fakültə sədri vəzifəsini icra edib. Təhsil müddətində müxtəlif layihə və müsabiqələrdə uğurla iştirak edib. SABAH qrupları tələbələri arasında keçirilən universitetlərarası voleybol yarışlarında II yerin qalibi, “Şuşa ili”nə həsr olunan bilik yarışmasının finalçısı olub. 48-ci ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun finalçısıdır. Altunay Direktorların işə qəbulu üzrə müsabiqədə koordinator kimi, TIMSS və ICILS beynəlxalq şagird qiymətləndirmə tədqiqatlarında təcrübəçi kimi fəaliyyət göstərib. The MaestRobot Competition & Festival müsabiqəsinin Azərbaycan mərhələsində I yerin qalibi olub. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkil etdiyi, universitetlərin akkreditasiya prosesində tələbə iştirakını nəzərdə tutan “Keyfiyyət Elçisi” təlim proqramını uğurla başa vuraraq “Keyfiyyət Elçisi” kimi fəaliyyətə başlamışdır. Yüksək təhsil göstəricilərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə layiq görülən tələbələr sırasında yer alıb. Hazırda sonuncu kursda təhsil alır.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan
👏11💔2❤1
"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:

Gülay Müsayib qızı İmanzadə Sabunçu rayon 310 nömrəli tam orta məktəbin 2022-ci il məzunudur. Orta məktəb dövründən idman, rəqs və musiqi ilə məşğul olub, R.Behbudov adına Dövlət Mahnı Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında (Lüteran kilsəsi) konsertlə çıxış edib. Musiqi məktəbini fərqlənmə ilə bitirib. 2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya müəllimliyi fakültəsinə qəbul olunub. Biologiya müəllimliyi ixtisasının III kurs tələbəsidir. Universitetə qəbul olduğu dövrdən universitetin ictimai həyatında aktiv şəkildə iştirak edir, fakültə və universitetdaxili layihə və tədbirlərin aktiv iştirakçısıdır. Tələbə Gənclər Təşkilatının daxilində fəaliyyət göstərən Art klubun rəhbər müavini kimi fəaliyyət göstərib. 2024-cü ilin oktyabr ayından universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin daxilində fəaliyyət göstərən ADPU TV könüllü tələbə komandasında rəhbər müavini olaraq fəaliyyət göstərir. 2025-ci ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində könüllülük proqramını uğurla tamamlayıb. Könüllü olduğu müddətdə rəsmi dövlət səviyyəsində təşkil edilən bir sıra layihələrin icrasında əhəmiyyətli rol oynayıb. 2 Fevral – Gənclər Günü münasibətilə Universitetin ictimai həyatında fəal iştirakına görə ADPU-nun rektoru prof. Cəfər Cəfərov tərəfindən Fəxri Fərmanla təltif edilib.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan
❤5👏5💔1
"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:
Aysu Ehtiram qızı Ağahüseyinova Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. 2010-2021-ci illərdə Xaçmaz rayon Nərəcan kənd Cəbiyev Cavid adına tam orta məktəbində orta təhsilini alıb. Məktəb dövründə bir sıra yarışların qalibi olub. IX sinifdə təhsil alarkən İnformatika fənni, XI sinifdə isə Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadasının yarımfinalçı olub. 2021-ci ildə məktəb üzrə yüksək nəticə göstərərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika ixtisasına qalib olub. 2022 ildə SABAH qruplarına qəbul olub və hazırda təhsilini SABAH qruplarında davam etdirir. Universitetin ictimai həyatında aktiv iştirakı ilə fərqlənir. 2022-2023cü illərdə ADPU SABAH Könüllülər Təşkilatının sədri vəzifəsini icra edib. İki dəfə "İT Brains Academy" təşkil etdiyi təqaüd proqramını qazanıb və Backend proqramlaşdırma təhsili alıb. Gənc Riyaziyyatçıların IV elmi konfransında çıxış edib və məqaləsi çap olunub. "Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin I mövsümünün yarımfinalçısı olub. "Müasir Azərbaycan Cəlil Məmmədquluzadənin məfkurəsi işığında: mədəniyyət, dil, təhsil və ictimai fikir" mövzusunda tələbə elmi konfransında ""Molla Nəsrəddin" jurnalının cəmiyyətə təsiri və Cəlil Məmmədquluzadənin rolu" mövzusunda məqalə ilə çıxış edib. STEAM "İdeyadan icraya" sərgisində layihə ilə təmsil olunub. 2022-2023 və 2023-2024 SABAH qruplarına qəbul ilə bağlı infosessiyalarda rəhbərlik edib.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan
❤8👏1💔1
"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın - Abid Qurbanov
"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:
Abid Ramil oğlu Qurbanov. Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. Orta təhsilini 2007-2018-ci illərdə Şürük kənd tam orta məktəbində alıb. 2018-ci ildə qəbul imtahanında 501 bal yığaraq Lənkəran Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisasına qəbul olunub. Bakalvr təhsilini bitirdikdən sonra 2023-cü ildə magistraturaya qəbul imtahanlarında 74 bal toplayaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin SABAH magistraturasının Təlim və tədrisin təşkili və metodikası ixtisasına qəbul olunub. Hazırda II tədris ili magistrantıdır. 2023-2024cü illərdə "Relax and SPA” oteldə xəzinədar olaraq çalışıb. 2024-cü ildən "Veysəloğlu" şirkətlər qrupunda kateqoriya nümayəndəsi olaraq fəaliyyət göstərir.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan
❤5👏3
"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın – Aynur Mirzəlizadə

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:

Aynur Mehrac qızı Mirzəlizadə Bakı şəhər Xətai rayonu 249 nömrəli tam orta məktəbin 2022-ci il məzunudur. Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisasına qəbul olunub. Hal-hazırda bu ixtisas üzrə 3-cü kurs tələbəsidir. İngilis dili üzrə B2 səviyyəsini təstiqləyən General English sertifikatına sahibdir. 2022-ci ilin noyabr ayından etibarən ADPU Təhsil Könüllüləri Tələbə Birliyində fəaliyyət göstərir. İlk olaraq təşkilatın fakültə üzrə rəhbər müavini, daha sonra fakültə üzrə rəhbəri və icraçı direktor vəzifələrini icra edib. Hazırda Təhsil Könüllüləri Tələbə Birliyinin sədr müavinidir. 2024-cü ildə ADA Space Clubda qrafik dizayn üzrə təcrübəçi kimi fəaliyyət göstərib. Eyni zamanda, 2024-cü ildən etibarən “Ümidli Gələcək” STİB-də könüllü olaraq çalışıb. 2 Fevral – Gənclər Günü münasibətilə universitetin ictimai həyatında fəal iştirakına görə ADPU-nun rektoru prof. Cəfər Cəfərov tərəfindən Fəxri Fərmanla təltif edilib.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan
❤4
"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın – Səbinə Müftəliyeva

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:
Səbinə Asif qızı Müftəliyeva Şəki rayonunun Daşüz kənd tam orta məktəbin 2023-cü il məzunudur. 2019-cu ildə keçirilmiş “Səs Uşaqlar” layihəsinin iştirakçısı olub. Bundan əlavə, məktəb dövründə natiqlik kursunu bitirib , bilik yarışları və fənn olimpiadalarında uğurla iştirak edib. Rayon üzrə məktəb şagirdləri arasında göstərdiyi fəallığa görə “Ulu Zirvə” qəzeti tərəfindən “İlin ən yaxşı şagirdi” adına layiq görülərək fəxri fərmanla təltif olunub. Akademik göstəricilərim və sosial fəaliyyətimə görə də müxtəlif təltiflərlə mükafatlandırılıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsində II yerə, Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsində və Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş şeir müsabiqəsində isə I yerə layiq görülüb.
2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinə qəbul olunub. 2024-cü ildən etibarən təhsilini SABAH qruplarında Məktəbəqədər təhsil ixtisası üzrə davam etdirir. Hazırda ADPU-nun Tələbə Gənclər Təşkilatının SABAH qrupları nümayəndəliyində fəal üzv olaraq aktiv fəaliyyət göstərir. “Gələcək təhsil liderləri” layihəsinin I mövsümünün yarımfinalçısı olub.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan
❤4💔1
"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın - Nuranə Əhmədova

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:

Nuranə Elnur qızı Əhmədova Kürdəmir rayonu Şilyan kənd Zahid Əhmədov adına tam orta məktəbin 2020-ci il məzunudur. Elə həmin ildə keçirilən qəbul imtahanında uğurlu nəticə göstərərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. 2021-ci ildən etibarən təhsilini SABAH qruplarında davam etdirir. Hazırda sonuncu kurs tələbəsidir. ADPU Tələbə Gənclər Təşkilatı, SABAH Könüllüləri təşkilatı və BİR Könüllü təşkilatının fəaliyyətində aktiv şəkildə iştirak edib. Universitet daxilində təşkil edilən tədbirlər çərçivəsidə bir neçə tamaşada rol alıb. 2022-2023-cü illərdə "EduSimbioz- Təhsil üçün öyrən və öyrət" layihəsi çərçivəsində Qaradağ rayon 166 nömrəli məktəbdə tələbə-mentor kimi fəaliyyət göstərib. 2025-ci ildən Dövlət İmtahan Mərkəzində könüllü olaraq fəaliyyət göstərir. "From Azerbaijan the world" Beynəlxalq riyaziyyat olimpiadaçıları konfransında iştiraka görə, “EduSimbioz” layihəsində uğurlu tələbə-mentor fəaliyyəti və DİM-də effektiv könüllü fəaliyyətə görə sertifikatla təltif edilib.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan
❤2👏2💔1
"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın – Ramil Abdullayev

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:

Ramil Rüfət oğlu Abdullayev Naftalan şəhərində 11 illik təhsilini başa vurduqdan sonra 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. Növbəti ildə isə SABAH qruplarına qəbul olaraq təhsilini burada davam etdirir. Məktəb vaxtlarından müxtəlif yarışmalarda, xüsusilə İTV-də yayımlanan “Əlaçı” intellektual yarışma proqramında iştirak edib. Fəlsəfə ilə yaxından maraqlanır. Əlavə olaraq yazarlıqla da məşğuldur.2024-cü ildə yazdığı məqalə Beynəlxalq Astronavtika Konqresinə ( İAC 2024) qəbul alıb. 2025-ci ildə Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi "Gənc Riyaziyyatçılar IV" elmi konfransında çıxış edərək birinci yerə layiq görülmüşdür. B1 ingilis dili səviyyəsinə malikdir.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan
👏6🔥1💔1
"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın – Səbinə Mehtiyeva

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:

Səbinə Zeynal qızı Mehtiyeva 2020-ci ildə Qusar rayonu Çingiz Qurbanov adına Həzrə kənd tam orta məktəbini bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetin Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. 2021-ci ildən təhsilini ADPU-nun SABAH qruplarında davam etdirir. “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri ” müsabiqəsinin yarımfinalçısı olub. “Nə ? Harada ? Nə zaman ?” oyunu üzrə “Universitet liqası” layihəsinin payız mövsümünün “Bilik Kuboku”nda fəal iştirakına görə təltif olunub. Universitet daxilində keçirilən müxtəlif intellektual yarışmaların qalib və mükafatçısı olub. “MaestRobot Competition & Festival” müsabiqəsinin Azərbaycan mərhələsində I yerin qalibi olub. Hazırda özəl təhsil müəssisələrindən birində təcrübəçidir. Yüksək akademik göstəriciləri ilə fərqlənir.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan
❤3
"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın – Nigar Xəlil

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:

Nigar Fərid qızı Xəlil Bakı şəhəri Suraxanı Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin məzunudur. Buraxılış imtahanlarında 230 baldan yuxarı nəticə əldə edərək 9-cu sinfi fərqlənmə attestatı, 11-ci sinfi isə uğurlu nəticə ilə başa vurub. Orta təhsil müddətində müxtəlif layihələrdə, yarışlarda və olimpiadalarda iştirak edərək bir sıra uğurlar qazanıb. Kiçik Akademiya çərçivəsində Ədəbiyyat və Riyaziyyat fənləri üzrə “Haqqı bağıran səs – Əhməd Cavad” və “Kriptoqrafiya və Kriptoanaliz” mövzularında elmi işlər yazıb.
2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub. Hazırda II kurs tələbəsidir. ADPU THİK-in "Gənc yazarlar" klubunda fəaliyyət göstərir.
Universitetdə keçirilən müxtəlif müsabiqə və tədbirlərdə aktiv iştirak edib, "Qələmin gücü" və "Zəfər salnaməsi" adlı hekayə yarışlarında I yerə layiq görülüb. Bundan əlavə, bir sıra mərkəzlərin təşkil etdiyi "Uşaqlarda öz güvənin formalaşması", "Uşaqlarda davranış pozuntusu", "Psixotiplər", "Uşaqlarda disleksiya", "Auditoriya qarşısında çıxış" və "Natiqlik" kimi təlimlərdə iştirak edərək rəsmi sertifikatlar qazanıb.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan
❤6👏2