ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın – Nigar Xəlil

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:

Nigar Fərid qızı Xəlil Bakı şəhəri Suraxanı Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin məzunudur. Buraxılış imtahanlarında 230 baldan yuxarı nəticə əldə edərək 9-cu sinfi fərqlənmə attestatı, 11-ci sinfi isə uğurlu nəticə ilə başa vurub. Orta təhsil müddətində müxtəlif layihələrdə, yarışlarda və olimpiadalarda iştirak edərək bir sıra uğurlar qazanıb. Kiçik Akademiya çərçivəsində Ədəbiyyat və Riyaziyyat fənləri üzrə “Haqqı bağıran səs – Əhməd Cavad” və “Kriptoqrafiya və Kriptoanaliz” mövzularında elmi işlər yazıb.
2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub. Hazırda II kurs tələbəsidir. ADPU THİK-in "Gənc yazarlar" klubunda fəaliyyət göstərir.
Universitetdə keçirilən müxtəlif müsabiqə və tədbirlərdə aktiv iştirak edib, "Qələmin gücü" və "Zəfər salnaməsi" adlı hekayə yarışlarında I yerə layiq görülüb. Bundan əlavə, bir sıra mərkəzlərin təşkil etdiyi "Uşaqlarda öz güvənin formalaşması", "Uşaqlarda davranış pozuntusu", "Psixotiplər", "Uşaqlarda disleksiya", "Auditoriya qarşısında çıxış" və "Natiqlik" kimi təlimlərdə iştirak edərək rəsmi sertifikatlar qazanıb.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan
❤6👏2
💡 İxtisas seçimində bütün abituriyentlərə uğurlar arzulayırıq!

✅ Pedaqoji Universitet - Gələcəyin qurucularının seçimi!

📌 Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə ixtisas seçimi prosesi 11-19 avqust 2025-ci il tarixlərində aparılır.

#adpu #eduaz #edugovaz #PedaqojiUniversitet #ixtisasseçimi #bakalavr #müəllimlik
❤3
Pedaqoji Universitet - 104 ildir təhsilimizin keşiyindəyik!

Bu gün ölkəmizin müəllimlik məbədi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 104 ili tamam olur.

#ADPU #PedaqojiUniversitet #eduaz #edugovaz #1921 #müəllim
❤19🥰1👏1
ADPU-ya qəbul olan tələbələrin 64 faizi dövlət sifarişi ilə təhsil alacaq

2025/2026-cı tədris ili üçün bakalavriat pilləsinə qəbulun nəticələrinə əsasən ADPU-nun plan yerləri tam dolub. Qəbul olunanların 57 %-i (1507 nəfər) dövlət sifarişi, 43%-i (1145 nəfər) isə ödənişli əsaslarla qəbul olunub. Həmçinin ödənişli əsaslarla qəbul olunan tələbələrin 178 nəfəri güzəşt kateqoriyası üzrə qəbul edilib (ümumi qəbulun 7 faizə qədəri). Bu isə qəbul olunan tələbələrin ümumilikdə 64 %-ə qədərinin dövlət hesabına təhsil alacağı deməkdir.

#adpu #eduaz #PedaqojiUniversitet #qəbul #edugovaz
Pedaqoji Universitetə ödənişli qəbul olan tələbələrin 17 faizə qədəri tələbə kreditindən yararlanıb

Pedaqoji Universitetə ödənişli əsaslarla qəbul olunan tələblərin 16.8 faizi (192 nəfər) təhsil tələbə kreditindən faydalanıb. Ötən il bu rəqəm 12.5 faiz (134 nəfər) təşkil edirdi.

#adpu #eduaz #edugovaz #qəbul #PedaqojiUniversitet
😢1
Cari tədris ilində ADPU-ya qəbul olunan tələbələrin 73 faizi regionların, 27 faizi isə Bakı şəhərinin payına düşür.

#adpu #eduaz #edugovaz #qəbul #PedaqojiUniversitet
❤1
74 əcnəbi Pedaqoji Universitetdə təhsil almaq üçün müraciət edib

2025/2026-cı tədris ilində ADPU-da təhsil almaq üçün portal.edu.az üzərindən 74 əcnəbi vətəndaş müraciət edib. Onlar Türkiyə, Pakistan, Gürcüstan, Rusiya, İran və digər ölkələrin vətəndaşlarıdırlar.

#adpu #eduaz #edugovaz #qəbul #PedaqojiUniversitet
Müstəqillik və suverenliyimizin rəmzi olan, uğrunda minlərlə canın qurban olduğu üçrəngli bayrağımız müstəqil Azərbaycanımızın azad səmalarında ədəbi dalğalansın!

9 Noyabr - Dövlət Bayrağı Günümüz mübarək!

#ADPU #edugovaz #eatda #PedaqojiUniversitet #Bayraq #9Noyabr
❤14👏3
Artıq diplom və diploma əlavələr tam rəqəmsal formada təqdim olunacaq

#ADPU #edugovaz #PedaqojiUniversitet #rəqəmsal #diplom #eatda #nkgovaz
😢16💔14👍1👏1
Hər 2 müəllimimizdən 1-i ADPU-nun öz yetirməsidir


Belə ki, Pedaqoji Universitetdə çalışan professor-müəllim heyətinin 49.2 %-i ADPU-nun öz məzunlarıdır.
Ümumilikdə universitetdə 775 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. Bununla yanaşı 104 nəfər isə universitetdə inzibati vəzifə daşımaqla yanaşı həm də pedaqoji fəaliyyətlə məşğul olur.


#adpu #PedaqojiUniversitet #edugovaz #eatda
❤8
“XXI əsr təhsilinin çağırışları - Keyfiyyətli müəllim hazırlığı”

Rektor prof. Cəfər CƏFƏROVUN məqaləsi



"ADPU təkcə müəllim hazırlamır, həm də cəmiyyətin gələcəyini formalaşdıran insanları yetişdirir"

- "Azərbaycan müəllimi", 31 yanvar 2026-ci il, № 04 (9159), səh. 7

Ətraflı: https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/2854-xxi-%C9%99sr-t%C9%99hsili

#adpu #PedaqojiUniversitet#edugovaz #eduaz #eatda #təhsil #məqalə #keyfiyyət
❤2
"ADPU təkcə müəllim hazırlamır, həm də cəmiyyətin gələcəyini formalaşdıran insanları yetişdirir" - II yazı

Rektor prof. Cəfər CƏFƏROV "Azərbaycan müəllimi"ndə “XXI əsr təhsilinin çağırışları - Keyfiyyətli müəllim hazırlığı”ndan yazır - II yazı

№ 05 (9160), 07 fevral 2026-ci il, səh. 5

Ətraflı: https://shorturl.at/ga43k

#adpu #edugovaz #eduaz #eatda #təhsil #məqalə #keyfiyyət
❤4
#Novruz və #Ramazan bayramlarınız mübarək!

#adpu #edugovaz #eatda
❤13🥰1
27 Mart - Azərbaycanda Elm Günüdür!

#ADPU #edugovaz #EATDA #PedaqojiUniversitet #elm
👏1
📌 Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb.

📝 Əmrə əsasən, WUF13-ün keçiriləcəyi 📆 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.


*Əmrə görə, Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.*

#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ADPU
👍2❤1😢1
PEDAQOJİ UNİVERSİTET fəlsəfə doktoru hazırlığı proqramı üzrə DOKTORANTURAYA QƏBUL ELAN EDİR


Doktoranturaya sənəd qəbulu elektron qaydada 19 may 2026-cı il - 9 iyun 2026-cı il tarixləri aralığında həyata keçirilir.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az vahid portalına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.

Fəlsəfə fənni üzrə imtahanların 1-3 sentyabr 2026-cı il , ixtisas imtahanlarının 8-10 sentyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.

Qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- Rektorun adına ərizə;

- Kadrların şəxsi qeydiyyat vərəqi;

- Tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 ölçüdə);

- İş yerindən xasiyyətnamə;

- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- Elmi rəhbərin razılıq məktubu;

- Çap olunmuş elmi əsərlərin siyahısı (və ya fəlsəfə doktoru proqramı üzrə seçilmiş ixtisas üzrə referat və referata rəy);

- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (bakalavriat və magistratura təhsil səviyyələri üzrə diplomların surətləri və diplomlara əlavə) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;

QEYD:

Xarici dildən imtahanın 25 iyun 2026-cı il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulmuşdur.

Qəbul komissiyası tərəfindən doktoranturaya qəbul olunmaq istəyən şəxslərin sənədləri yoxlanılır və ixtisas uyğunluğu müəyyən edilir. Doktoranturaya qəbul olunmaq istəyən şəxslər tələb olunan sənədləri portala yüklədikdən sonra, sənədlərini kağız daşıyıcılarda ADPU-nun Magistratura və doktorantura şöbəsinə təqdim etməlidirlər.

Qəbulla bağlı ətraflı məlumat və ixtisaslarla tanış olmaq üçün posterin üzərindəki QR kodu oxudun.

Əlaqə

Tel.: (+99412) 493-05-85, (+99412) 465-81-53

Ünvan: Bakı şəhəri, AZ1072, Akademik Həsən Əliyev küçəsi, 104

http://adpu.edu.az/

#adpu #PedaqojiUniversiret #eduaz #edugovaz #eatda #phd #doktorantura #qəbul
❤2
PEDAQOJİ UNİVERSİTET fəlsəfə doktoru hazırlığı proqramı üzrə DOKTORANTURAYA QƏBUL ELAN EDİR


Doktoranturaya sənəd qəbulu elektron qaydada 19 may 2026-cı il - 9 iyun 2026-cı il tarixləri aralığında həyata keçirilir.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az vahid portalına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.

Fəlsəfə fənni üzrə imtahanların 1-3 sentyabr 2026-cı il , ixtisas imtahanlarının 8-10 sentyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.

Qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- Rektorun adına ərizə;

- Kadrların şəxsi qeydiyyat vərəqi;

- Tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 ölçüdə);

- İş yerindən xasiyyətnamə;

- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- Elmi rəhbərin razılıq məktubu;

- Çap olunmuş elmi əsərlərin siyahısı (və ya fəlsəfə doktoru proqramı üzrə seçilmiş ixtisas üzrə referat və referata rəy);

- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (bakalavriat və magistratura təhsil səviyyələri üzrə diplomların surətləri və diplomlara əlavə) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;

QEYD:

Xarici dildən imtahanın 25 iyun 2026-cı il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulmuşdur.

Qəbul komissiyası tərəfindən doktoranturaya qəbul olunmaq istəyən şəxslərin sənədləri yoxlanılır və ixtisas uyğunluğu müəyyən edilir. Doktoranturaya qəbul olunmaq istəyən şəxslər tələb olunan sənədləri portala yüklədikdən sonra, sənədlərini kağız daşıyıcılarda ADPU-nun Magistratura və doktorantura şöbəsinə təqdim etməlidirlər.

Əlaqə
Tel.: (+99412) 493-05-85, (+99412) 465-81-53

Ünvan: Bakı şəhəri, AZ1072, Akademik Həsən Əliyev küçəsi, 104

http://adpu.edu.az/

#adpu #PedaqojiUniversiret #eduaz #edugovaz #eatda #phd #doktorantura #qəbul
❤2
ADPU-DA MAGİSTRATURA İXTİSASLAŞMALARI ÜZRƏ DƏRS SAATLARI VƏ TƏDRİS BİNALARI

ƏSAS TƏDRİS BİNASI
Bakı ş., Üzeyir Hacıbəyli küçəsi 68 ( Google Map - https://maps.app.goo.gl/7cBsBn1UY1K1Vw5z7 )

II (GƏNCLİK) TƏDRİS BİNASI
Bakı ş., Akademik Həsən Əliyev küçəsi 104 ( Google Map - https://maps.app.goo.gl/DKwAt7Ty1LrZbqYa7

#ADPU #edugovaz #eatda #magistratura #qəbul
Bakalavrların ixtisaslarından asılı olmayaraq ADPU-da seçə biləcəyi ixtisaslaşmalar

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimində iştirak edən ixtisasından asılı olmayaraq bütün bakalavrlar Pedaqoji Universitetdə qəbul aparılan 31 ixtisaslaşmadan 8-ni seçə bilərlər.
Bu ixtisaslaşmalar Gənclərlə iş (1,5 il), Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, Əhalinin müxtəlif qrupları ilə sosial iş, Fəlsəfə tarixi, Ümumi idarəetmə (MBA, 2 il), Ümumi idarəetmə (MBA, 1,5 il), Marketinq (MBA, 2 il) və Marketinq (MBA, 1, 5 il) ixtisaslaşmalarıdır.
Posterdə bu ixtisaslaşmaların hər biri üzrə minimum test balı, plan yeri və dövlət sifarişi və ödənişli əsaslar üzrə ötən il formalaşan keçid balı göstərilir.
Qeyd edək ki, cədvəldə keçid balı göstərilməyən Əhalinin müxtəlif qrupları ilə sosial iş və Fəlsəfə tarixi ixtisaslaşmalarına bu il ilk qəbul həyata keçirilir.

#adpu #magistratura #qəbul #ixtisasseçimi #eatda #edugovaz #dim
Pedaqoji Universitet bakalavriat səviyyəsinə tələbə qəbulu elan edir


Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026/2027-ci tədris ili üçün 26 ixtisas üzrə bakalavriat səviyyəsinə qəbul elan edir.
Tələbə qəbulu 3 bölmə - Azərbaycan, rus və ingilis bölmələri üzrə aparılır. Bakalavriat səviyyəsinə Azərbaycan bölməsi üzrə 2075, rus bölməsi üzrə 280, ingilis bölməsi üzrə 215 yer olmaqla ümumilikdə 2570 plan yeri ayrılıb.
Posterlərdə qəbul planı və ixtisaslar üzrə ötən il formalaşmış minimal keçid balları ilə tanış ola bilərsiniz.
Qeyd edək ki, 2026/2027-ci tədris ilində ADPU-da Riyaziyyat və fizika müəllimliyi ixtisası üzrə ilk dəfə qəbul aparılacaq. Eyni zamanda, Sosial iş ixtisasının rus bölməsi və Təhsildə sosial-psixoloji xidmət ixtisasının ingilis bölməsi üzrə də ilk dəfə qəbul həyata keçiriləcək. Buna görə də, həmin ixtisaslar üzrə keçid balı hələ ki formalaşmayıb.

#ADPU #qəbul #ixtisasseçimi #keçidbalı #PedaqojiUniversitet #edugovaz #EATDA
👍2